ABŞ şirkətinin keçirdiyi "exit poll"un nəticələri məlum olub

Corc Barnbaumun sözlərinə görə, "exit-poll"da iştirak edən respondetnlərin sayı 32 400 olub

Corc Barnbaumun sözlərinə görə,

Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası" ilə birgə keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb.

"Report"un məlumatına görə, ABŞ şirkətinin nümayəndəsi Corc Barnbaum "exit poll"un nəticələrini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, keçirdikləri "exit-poll"da iştirak edən respondetnlərin sayı 32 400 olub. C.Barnbaum qeyd edib ki, ümumilikdə 88.9% seçici dəyişikliklərə müsbət yanaşıb. 

Qeyd edək ki, ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası" ilə birgə keçirdiyi "exit-poll" 100 seçki dairəsinin 450 məntəqəsini əhatə edib.