Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.

“Report” xəbər verir ki, keçirilən iclaslarda 800-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.