“CinemaPlus”da “Kafalar karışıq” filminin nümayişi keçirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ “28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Kafalar karışıq” türk komediya filminin mətbuat nümayəndələri üçün nümayişi keçirilib.

“Report"un məlumatına görə, xüsusi maraqlı fakt baş rol ifaçıları olan məşhur türkiyəli vaynerlərin filmdə öz obrazlarını əks etdirmələridir.

Filmin rejissoru Yücel Yolcudur.

Baş rolları Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin AkpınarFeride Hilal Akin ifa edirlər.

Filmdə Atakan varlı bir ailənin qızı olan Buseyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Buse ilə evlənmək üçün tək çarə olaraq Busenin illər əvvəl itkin düşmüş atasını tapmağa qərar verir. Keçmiş dostlar - Fatih və Bilal da, əlbəttə, bu macərada Atakana yoldaşlıq edəcəklər. Kafalar axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal alması ilə hərəkətli və gülməli bir macəra başlayacaq.