Azərbaycanda həftəlik "yol terroru": 26 nəfər ölüb, 39 nəfər yaralanıb

Qeydə alınan qəzalarla bağlı araşdırmalar davam etdirilir

Qeydə alınan qəzalarla bağlı araşdırmalar davam etdirilir

Bakı. 15 dekabr. REPORT.AZ/ Ötən həftə (8-14 dekabr) müddətində Azərbaycanın avtomobil yollarında 35 yol-nəqliyyat hadisəsi baş verib. “Report” rəsmi mənbələrə istinadən xəbər verir ki, həmin qəzalar zamanı 26 nəfər ölüb, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qeydə alınan qəzalarla bağlı müvafiq polis idarələrində araşdırmalar davam etdirilir.