Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edəcək

Qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edə bilər

Qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edə bilər

Bakı. 1 iyul. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edəcək.

Dövlət Xidmətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyulun 7-də 11:00-da xidmətin Ucar rayon şöbəsində baş tutacaq.

Qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edə bilər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar iyulun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə, bölmələrinə müraciət edə və qeydiyyatdan keçə bilərlər.