Milli Məclis 7 qanuna dəyişiklik edir

Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda 7 məsələ müzakirə olunub.

Bunlar Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, o cümlədən “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Taxıl haqqında”, “Torpaqların münbitliyi haqqında” qanunlarına dəyişiklik layihələridir.

Sonda layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.