Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, 57 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26).

O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.