ABŞ Əfqanıstandakı hərbçilərinin sayını 14,5 min nəfərə çatdıracaq

Vaşinqton Əfqanıstana daha 3 min hərbçi göndərəcək

Vaşinqton Əfqanıstana daha 3 min hərbçi göndərəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ Əfqanıstandakı hərbçilərinin sayını daha 3,5 min nəfər artıraraq ümumilikdə 14,5 min nəfərə çatdıracaq.

"Report" xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Maykl Endryusa istinadən RİA "Novosti" məlumat yayıb.

"Onların hara göndəriləcəyini deməyəcəyik, çünki düşmənin planlarımızdan xəbərdar olmasını istəmirik", - deyə o qeyd edib.