Azərbaycanın taekvondo komandalarına yeni məşqçi təyinatları olub

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasında yeni məşqçi təyinatları gerçəkləşib. 

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ələkbər İmaməliyev 21 yaşlı kişi taekvondoçuların, Gündüz Abdullayev 21 yaşlı qadın taekvondoçuların məşqçisi təyin edilib. 

Avropa çempionu İlkin Şahbazov isə kiçik yaşlı yeniyetmələrdən ibarət komandanın sükanı arxasına keçib. 

Qeyd edək ki, əvvəllər Ələkbər İmaməliyev Azərbaycanın əsas, Gündüz Abdullayev isə gənclərdən ibarət millisinin baş məşqçisi olub.