"Neftçi"nin baş məşqçisi: "Komanda belə oyuna görə cəzalandırılacaq"

"Böyük hesablı məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm"

Bakı. 21 avqust. REPORT.AZ/ " "Qarabağ” çox üstün futbol oynadı. Zədəli futbolçularımızın olması bizə problem yaratdı".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"la oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

V.Qasımov komandanın cəzalandırılacağını bildirib:

"Deyərdim ki, komanda çox zəif futbol oynadı. Belə oyuna görə, futbolçular cəzalandırılacaq. Belə böyük hesablı məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu 3:0 hesabı ilə başa çatıb.