​Abşeron Rayon Polis İdarəsinin rəis müavini vəzifədən azad edilib

O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunub

O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunub

Bakı. 21 dekabr. REPORT.AZ/ Abşeron Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovnik-leytenantı Famil Kərimov vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, F.Kərimov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Abşeron RPİ-nin rəisi Şəhriyar Şəmşirli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun qardaşıdır.