Azərbaycan güləşçiləri dünya çempionatında finala yüksələ bilməyib

Əhmədnəbi Qvarzatilov və Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar

Əhmədnəbi Qvarzatilov və Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar

Bakı. 10 dekabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-olimpiya çəki dərəcələrində dünya çempionatı start götürüb. "Report"un məlumatına görə, ilk yarış günündə İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşəcək.

Azərbaycan təmsilçilərindən qadın güləşçi Alyona Kolesnik ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçi Əhmədnəbi Qvarzatilov və yunan-Roma güləşçisi Həsən Əliyev isə finaladək yüksələ bilməyib. Onlar bürünc medal uğrunda görüşə çıxacaqlar.

55 kq

1/8 final. Otqontsetseq Davaasux (Monqolustan) - Alyona Kolesnik 10:5

61 kq

Bürünc medal görüşü. Əhmədnəbi Qvarzatilov

1/2 final. Beka Lomtadze (Gürcüstan) - Əhmədnəbi Qvarzatilov - 12:11

1/4 final. Əhmədnəbi Qvarzatilov - Bajranq Bajranq (Hindistan) - 10:0

1/8 final. Georgi Kaliyev (Belarus) - Əhmədnəbi Qvarzatilov - 2:4

1/16 final. Tuvşintulqa Tumenbileq (Monqolustan) - Əhmədnəbi Qvarzatlov - 2:12

71 kq

Bürünc medal görüşü. Həsən Əliyev

1/2 final. Daniel Kataraqa (Moldova) - Həsən Əliyev - 3*:3

1/4 final. Həsən Əliyev - Pavel Lyax (Belarus) - 8:0

1/8 final. Həsən Əliyev - Mindia Tsulukidze (Gürcüstan) - 3:1

1/16 final. Həsən Əliyev - Dominik Etlinger (Xorvatiya) - 2:1

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, dekabrın 11-də sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə mübarizə gedəcək.