Azərbaycan məscidlərində bayram namazı qılınıb - FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

“Report” xəbər verir ki, bu gün saat 09:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə insan qatılıb. 

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Foto: Firudin Səlimov