Tbilisidə YDM-də baş verən yanğın zamanı beş nəfər xəsarət alıb - YENİLƏNİB

Tbilisidə YDM-də baş verən yanğın zamanı beş nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Xəsarət alanların biri qadın, digər biri yeniyetmə, üçü isə kişidir. Onlar xəstəxanalara çatdırılıblar.

Yağın YDM ərazisində yerləşən mağazanın iki otağında baş verib. Yanğınsöndürənlər yanğının yayılması və partlayışın qarşısını alıblar.


***18:17

Tbilisidə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Əraziyə yeddi yanğınsöndürən maşın cəlb olunub. YDM-də yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alanların YDM əməkdaşları olduğu bildirilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.