Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı açıq müsabiqə elan edib

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını iyun ayının 1-dən etibarən Ədliyyə Nazirliyinə göndərə bilərlər

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını iyun ayının 1-dən etibarən Ədliyyə Nazirliyinə göndərə bilərlər

Bakı. 1 iyun. REPORT.AZ/ Ədliyyə Nazirliyi informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssisləri qulluğa qəbulla bağlı açıq müsabiqə elan edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, vakant yerlər aşağıdakılardır.

Mühəndis-proqramçı (3 nəfər):

Proqramlaşdırma bilikləri: C#, VB, JAVA, Android, İOS, Ajax, HTML, CSS, JavaScript, JQuery, Ajax, Angular JS;

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle, PL/SQL;

Java veb texnologiyaları: Servlet, JSP, JSF, Primeface;

Veb servislər: SOAP, Restful, DevExpress.

Veb-dizayner (1 nəfər):

HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, Prototype, Angular;

Adobe İllustrator, Photoshop, AfterEffects, Premiere, Corel DRAW;

RESTful veb servislərlə işləmək bacarığı.

Məlumat bazası üzrə analitik (1 nəfər):

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle;

Əməliyyat sistemləri: Linux, Windows Server 2008, 2012 R2;

Məlumat bazalarındakı məlumatların analiz edilməsi, hesabatların alınması, backup/restore bacarığı.

Sistem inzibatçısı (1 nəfər):

Əməliyyat sistemləri: Windows Server (2008, 2012, 2016), Linux (RHEL, CentOS, Scientific);

Virtualizasiya: VMware 5.0, 6.0;

Application server: İİS 7.0, 7.5, 8.0, Tomcat 7, 8, Glassfish 3, 4;

Serverlərin sazlanması, əməliyyat sistemlərinin yüklənməsi, Domain, DNS və SSL sertifikatların qurlaşdırılması.

İnformasiya sistemlərinin təhlükəsizlik analitiki (1 nəfər):

Təhlükəsizliyin müəyyən edilməsi metodları və həllərinin idarə olunması;

Təhlükəsizliklə bağlı monitorinq və analizlərin həyata keçirilməsi, hesabatların hazırlanması;

Davam edən təhlükəsizliyin qiymətləndirilməsi, həllinin müəyyən edilməsi;

CİSSP və ya CEH sertifikatı olanlara üstünlük verilir.

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ilə yanaşı nazirliyə, həmçinin ixtisası üzrə zəruri iş təcrübəsinə və peşə vərdişlərinə, o cümlədən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və vahid büdcə təsnifatı sahəsində biliklərə malik ədliyyə orqanlarında çalışan işçilərə aid qanunverciliyin tələblərinə cavab verən mühasib (3 nəfər) və iqtisadçılar (2 nəfər) müraciət edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını iyun ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Kadrlar və İnformasiya-kommunikasiya texnologiyaları idarələrinə təqdim edə bilərlər.