Kirsan İlümjinovun FİDE prezidenti səlahiyyətləri əlindən alınıb

O, Bakıda keçiriləcək seçkidə namizəd olmayacaq

O, Bakıda keçiriləcək seçkidə namizəd olmayacaq

Bakı.13 oktyabr. REPORT.AZ/ Kirsan İlümjinovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti səlahiyyətləri əlindən alınıb. 

"Report"un məlumatına görə, bu barədə FİDE İcraiyyə Komitəsinin Antalya şəhərindəki Konqresində qərar qəbul olunub.

Toplantıda İlümjinovun səlahiyyətlərinin onun müavini Georgios Makropulosa ötürülməsi yekdilliklə təsdiqlənib. Eyni zamanda ondan 2018-ci ilin sentyabrında Bakıda keçiriləcək seçkidə namizədliyini irəli sürməməsi tələb olunub. İcraiyyə Komitəsi üzvlərindən 37-si qərarın lehinə, 20-si əleyhinə səs verib.

Qeyd edək ki, Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edib.