Yəməndən qiyamçılar Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Yəməndən husi qiyamçıları Səudiyyə Ərəbistanının Nacran rayonunda yerləşən hərbi hissəsinə kiçik mənzilli ballistik raket atıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı qiyamçılar yayıblar.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəklədiyi Yəmən prezidenti Abd Rabbu Mansur Hadiyə bağlı ordunun isə ölkənin qərbindən yerləşən Xdeyda əyalətinin Xuxa şəhərindəki husi qiyamçılarının mövqeyinə ballistik raket buraxdıqları barədə də məlumat yayılıb.