Meksikanın ən böyük nəşrlərindən birinin jurnalisti qətlə yetirilib

Jurnalsitin mağazaya övlalarına hədiyyə almağı getdiyi bildirilir

Jurnalsitin mağazaya övlalarına hədiyyə almağı getdiyi bildirilir

Bakı. 7 yanvar. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda “El Universal” nəşrinin jurnalisti Xose Herardo Martines qətlə yetirilib.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə qəzetin saytında bildirilir.

Məlumata görə, Martines Koyoakan rayonunda iki naməlum şəxs tərfindən odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Güllələr onun qarın nahiyəsinə tus gəlib.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları onu xəstəxanaya çatdırsa da, jurnalist dünyasını dəyişib.

Hazırda istintaq aparılır.