Kiyev "Dinamo"sunun baş məşqçisi Çempionlar Liqasındakı uğursuzluğa görə işindən azad edilib

Ukraynanın "Dinamo" (Kiyev) klubu əsas komandanın baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə yanaşı, onun məşqçilər heyəti də işindən azad edilib.

Qeyd edək ki, Xatskeviç 2017-ci ilin "Dinamo"nun baş məşqçisi idi. Onun rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Belçika "Brügge"sinə uduzub - 0:1, 3:3.