Bakıda qadın kirayə yaşadığı evdə ölü tapılıb

Qadın uzun müddətdir ki, mənzildə tək yaşayıb

Qadın uzun müddətdir ki, mənzildə tək yaşayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonundakı mənzillərdən birində kirayə qalan yaşlı qadın ölü tapılıb.

"Report" xəbər verir ki, 55 yaşlı Hüseynova Səadət Yolçu qızının meyiti yaşadığı mənzildə aşkar edilib. Onun ölümünün dəqiq səbəbləri araşdırılır.

Qadın uzun müddətdir ki, mənzildə tək yaşayıb.