Ədalət Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 10 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.