ATƏT ABŞ-ı Quantanamo həbsxanasını bağlamağa çağırıb

Dustaqlara qarşı qeyri-insan münasibət müəssisənin bağlanması üçün səbəbdir

Dustaqlara qarşı qeyri-insan münasibət müəssisənin bağlanması üçün səbəbdir

Bakı. 12 yanvar. REPORT.AZ/ Quantanamo xüsusi həbsxanasında dustaqlara qarşı qeyri-insan münasibət müəssisənin bağlanması üçün səbəbdir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun direktoru İnqibyorqi Solrun Qisladottirin bəyanatında qeyd olunub.

Onun türmənin yaranmasının 16-cı ildönümü münasibəti ilə yaydığı bəyanatda deyilir ki, həbsxanada müddətsiz saxlanılma, ləyaqəti alçaldan cəzadır.

O bildirib ki, əvvəlki sui-istifadə halları, məsələn, işgəncə və ədalətli məhkəmə çəkişməsi hüququna riayət edilməməsinə görə, davamlı cəzasızlıq, terrorçuluqla mübarizəyə yönəlmiş dəyərlərə ziddir.