Bakıda Norveç və İsveçrə filmlərinin festivalı keçiriləcək

Festival çərçivəsində üç Norveç və üç İsveçrə filmləri nümayiş olunacaq

Festival çərçivəsində üç Norveç və üç İsveçrə filmləri nümayiş olunacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda Norveç və İsveçrə filmlərinin "Alp və Fyordlar" adlı (Alps & Fjords Film Festival) festivalı təşkil olunacaq.

“Report” xəbər verir ki, festival Norveç və İsveçrə səfirliklərinin təşkilati dəstəyi ilə keçiriləcək.

Noyabrın 17-dən 20-nə qədər aparılan festival çərçivəsində "Landmark" kinoteatrında üç Norveç və üç İsveçrə filmləri nümayiş olunacaq.