Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə çatıb

Tbilisi. 11 yanvar. REPORT.AZ/ Gürcüstanın Kutaisi şəhərindəki tibb mərkəzlərindən birində 24 yaşlı gənc ağır qrip virusundan ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, adı açıqlanmayın pasiyentin ölümünə səbəb “donuz qripi” adlandırılan A (H1N1) virusu səbəb olub.

Həkimlər deyib ki, həmin gənc xəstəxanaya gec müraciət edib.

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə “donuz qripi”ndən 13 nəfər ölüb.