Azərbaycan ​Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirində iştirak edəcəklər

Almaniyanın Ramşteyn şəhərində "NATO-da hərbi tərəfdaşlıq fəaliyyətlərinin koordinasiyası prosesi" mövzusunda işçi görüşü keçiriləcək

Almaniyanın Ramşteyn şəhərində

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, noyabrın 17-dən 19-dək Almaniyanın Ramşteyn şəhərində "NATO-da hərbi tərəfdaşlıq fəaliyyətlərinin koordinasiyası prosesi" mövzusunda işçi görüşü keçiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.