Rusiyanın neft ixracından gəliri 35% artıb

Qonşu ölkə 7 ay ərzində 149 mln. ton neft ixrac edib

Qonşu ölkə 7 ay ərzində 149 mln. ton neft ixrac edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Rusiyanın neft ixracından gəliri ötən ilin eyni dövrünə nisbətən 35% artaraq 53,14 mlrd. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin açıqlamasında bildirilir. 

Məlumata görə, hesabat dövründə ümumi neft ixracının həcmi 0,4% artaraq 149,05 mln. ton olub. Bunun 10,757 mln. tonu MDB ölkələrinə ixrac edilb ki, bu da illik müqayisədə 18% azdır. Əvəzində bu istiqamətdə ixracın dəyəri 6,1% artaraq 2,91 mlrd. dollar təşkil edib. Rusiyanın digər ölkələrə neft ixracının həcmi isə 138,293 mln. ton olub ki, bu da illik müqayisədə 2,1% çoxdur. Hesabat dövründə bu ölkələrə ixracın dəyəri isə 37,2% artıb və 50,23 mlrd. dollar təşkil edib.