ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib

ABŞ dəniz piyadalarının Yaponiyanın Okinava adasında yerləşən "Camp Foster" hərbi bazasında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Amerika hərbi polisinə istinadən "Kyodo" məlumat yayıb.

Bildirilir ki, naməlum şəxslər baza hasarının bir hissəsini dağıdaraq, obyekt ərazisinə daxil olublar və orada qaz balonunu partladıblar. Partlayış Yaponiya Müdafiə Nazirliyi nümayəndələrinin istifadə etdikləri bina yaxınlığında baş verib. Heç kim xəsarət almayıb.