Qubad İbadoğlu rəhbərlik etdiyi hərəkatın dövlət qeydiyyatına alınması üçün məhkəməyə müraciət edib

Müraciətə bu ay baxılacaq

Müraciətə bu ay baxılacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu hərəkatın dövlət qeydiyyatına alınmaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Bu barədə "Report"a Q.İbadoğlu özü məlumat verib.

O bildirib ki, müraciətə bu ay baxılacaq.

Qeyd edək ki, ADR-in dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, nazirlik hərəkatı qeydə almaqdan imtina edib.