Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub

Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.
Mədəniyyət siyasəti
10 May , 2024 21:13
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub

Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçilər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evyan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib. Mədəni irs nümunəsinə qarşı belə bir təcavüzün Fransada baş verməsinə çox kədərləndiyini bildirən səfir heykəlin bundan sonra səfirliyin Mədəniyyət Mərkəzinin bağçasında olacağını qonaqların diqqətinə çatdırıb.

Heykəlin açılış mərasimində Bakıda anadan olmuş Rusiyada, daha sonra Fransada yaşayıb fəaliyyət göstərən opera ustası Timur Abdikiyev Azərbaycan klassik musiqisindən parçalar ifa edib.

Son xəbərlər

Orphus sistemi