Zərif: "Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün təşkili üzərində iş gedir"

Zərif: "Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün təşkili üzərində iş gedir" Bu görüş Azərbaycanda keçiriləcək
Xarici siyasət
7 Aprel , 2016 13:10
Zərif: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün təşkili üzərində iş gedir

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk üçtərəfli görüşünün təşkili üzərində iş gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandırarkən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, görüş Azərbaycanda keçiriləcək.

M.C.Zərif İran prezidenti Həsən Ruhaninin 2014-cü ildə Azərbaycana səfərini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini xatırladıb. O qeyd edib ki, H.Ruhani növbəti dəfə Azərbaycana üç ölkə prezidentinin görüşündə iştirak etmək üçün gələcək.

Son xəbərlər

Orphus sistemi