İSESCO-nun baş katibi: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özümə borc bilirəm"

İSESCO-nun baş katibi: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özümə borc bilirəm" Mübariz Qurbanlı İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib
Xarici siyasət
20 May , 2015 15:18
İSESCO-nun baş katibi: Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özümə borc bilirəm

Bakı. 20 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

M.Qurbanlı Dövlət Komitəsinin bu il may ayının 15-də İSESCO-nun Rabat şəhərində yerləşən baş qərargahında keçirdiyi beynəlxalq konfrans və sərginin təşkilinə verdiyi dəstəyə görə Əbdüləziz bin Osman əl-Tüveycriyə öz minnətdarlığını bildirib. Komitə sədri qeyd edib ki, istər beynəlxalq təşkilat olaraq İSESCO-nun, istərsə də şəxsən Əbdüləziz bin Osman əl-Tüveycrinin Azərbaycanla, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.

Dövlət Komitəsinin fəaliyyəti haqda danışan M.Qurbanlı dini maarifləndirmə sahəsində görülən işləri vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyev təhsil və maarifləndirmə işinə xüsusi diqqət yetirir və Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda da bu məsələni xüsusi qeyd edib. Məhz bu amil hər bir ölkədə ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizə aparmağın ən effektli yoludur. Dövlət Komitəsinin sədri bildirib ki, dövlətin din siyasətini həyata keçirən qurum kimi, məhz bu prinsipi rəhbər tutaraq fəaliyyətində maarifçilik işinə xüsusi önəm verir.

İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın yaxından dostu olduğunu, çox sevdiyini məmnunluqla qeyd edib və ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özünə borc bildiyini vurğulayıb. Baş katib Azərbaycanın bütün dünya ölkələrinə parlaq model olduğunu və bunun dünyaya nümayiş etdirmənin zəruriliyini vurğulayıb. O, Dövlət Komitəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, üzv dövlətlərlə birgə layihələr həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı ölkənin tolerantlıq və multikulturalizm ənənələri yönündə nümunə olduğu, İSESCO ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi, eyni zamanda, birgə fəaliyyətin nəticəsi kimi İslamın dostluq, həmrəylik və birgəyaşayış dini olduğunun dünyaya çatdırılmasının vacibliyi ifadə olunub.

Son xəbərlər

Orphus sistemi