​Yüzlərlə türk və azərbaycanlı Kanadada "erməni soyqırımı"na etiraz yürüşü keçirib

​Yüzlərlə türk və azərbaycanlı Kanadada "erməni soyqırımı"na etiraz yürüşü keçirib Yürüş parlament binasının önündən başlayaraq Türkiyə səfirliyənədək davam edib
Xarici siyasət
26 Aprel , 2016 01:37
​Yüzlərlə türk və azərbaycanlı Kanadada erməni soyqırımına etiraz yürüşü keçirib

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 24-də qondarma "erməni soyqırımı"nın ildönümü ilə bağlı ermənilərin Kanadanın paytaxtı Ottava şəhərində keçirdiyi yürüşə cavab olaraq, türklər və azərbaycanlılar da Ottavada mitinq keçiriblər.

Azərbaycan Respublikasının Kanadadakı Səfirliyindən "Report"a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu il türklər və azərbaycanlılar ilk dəfə olaraq Kanada Parlamentinin önündən başlayaraq Türkiyə səfirliyənədək yürüş təşkil ediblər.

Yürüşdə yüzlərlə adam iştirak edib.

Son xəbərlər

Orphus sistemi