​Yunanıstanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək

​Yunanıstanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək Görüş 26 sentyabr - 2 oktyabr tarixlərində keçirilə bilər
Xarici siyasət
26 Sentyabr , 2015 04:40
​Yunanıstanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Yunanıstanın xarici işlər naziri Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşməyi planlaşdırır.

"Report" xəbər verir ki, görüşün BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Görüş 26 sentyabr - 2 oktyabr tarixlərində keçirilə bilər.

Yunanıstan XİN rəhbərinin, həmçinin ABŞ, Rusiya, Kipr, Türkiyə, Misir, Kosovo, Livan, İordaniya, İraq, Gürcüstan, Argentina, Avstraliya və Norveçin xarici işlər nazirləri ilə görüşü planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi