Yohannes Han: "Qarabağ münaqişəsinin nizamlanması üçün etimadın yaradılmasına dair tədbirlərin həyata keçirilməsi vacibdir"

Yohannes Han: "Qarabağ münaqişəsinin nizamlanması üçün etimadın yaradılmasına dair tədbirlərin həyata keçirilməsi vacibdir" "Bu münaqişə uzun illərdir ki, davam edir və mütəmadi olaraq atəşkəs rejimi pozulur"
Xarici siyasət
20 May , 2015 20:44
Yohannes Han: Qarabağ münaqişəsinin nizamlanması üçün etimadın yaradılmasına dair tədbirlərin həyata keçirilməsi vacibdir

Riqa. 20 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qarşılıqlı etimadın yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi vacibdir". "Report"un məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han keçirilən mətbuat konfransında bildirib.

"Bu münaqişə uzun illərdir ki, davam edir və mütəmadi olaraq atəşkəs rejimi pozulur. Lakin biz əlimizdən gələni etməyə çalışırıq. Bizim nəqliyyat sahəsində sərhədlərarası əməkdaşlıq üzrə yaxşı Qərbi Balkanlar təcrübəmiz var və ola bilsin ki, Azərbaycan və Ermənistan arasında belə bir təcrübə etimadın yaradılmasında ilkin tədbirlər qismində öz töhfəsini verə bildi. Digər məsələ isə insanlardır. Gənclərin keçmişin yükünü qaldıra bilmələri lazımdır", - Y.Han deyib. 

Son xəbərlər

Orphus sistemi