Yəməndə qalan daha 7 Azərbaycan vətəndaşı təxliyə edilib - FOTO

Yəməndə qalan daha 7 Azərbaycan vətəndaşı təxliyə edilib - FOTO Onlar Türk Hava Yolları vasitəsilə təxliyə ediliblər
Xarici siyasət
5 Aprel , 2015 14:32
Yəməndə qalan daha 7 Azərbaycan vətəndaşı təxliyə edilib - FOTO

Bakı. 5 aprel. REPORT.AZ/ Yəmənin paytaxtı Sənada qalan daha 7 Azərbaycan vətəndaşı ölkəni tərk edib.

Yəməni tərk edən Azərbaycan vətəndaşlarından birinin "Report"a verdiyi məlumata görə, onlar Türk Hava Yolları vasitəsilə təxliyə ediliblər.

Onun sözlərinə görə, azərbaycanlılar Türkiyədən Azərbaycana yola salınacaqlar.

Beləliklə, Yəməndə, əsasən Ədəndə yaşayan bir qrup Azərbaycan vətəndaşı qalıb. Onlar hələ ki, ölkəni tərk etmək niyyətində deyillər. 

Son xəbərlər

Orphus sistemi