Yaponiya XİN rəsmisi: "Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk"

Yaponiya XİN rəsmisi: "Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk" Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini qəbul edib
Xarici siyasət
30 Avqust , 2016 17:43
Yaponiya XİN rəsmisi: Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini Motome Takisavanı qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların və siyasi iradənin mövcud olduğu vurğulanıb.

E.Məmmədyarov yapon şirkətlərinin müxtəlif sahələr üzrə ölkəmizdəki uğurlu fəaliyyətindən və əməkdaşlığın genişləndirilməsi üçün yaradılan imkanlarından söz açıb. E.Məmmədyarov M.Takisavanın bu səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycanla Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətarfında fikir mübadiləsi aparılıb.

Azərbaycanın beynəlxalq hava limanlarında Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi məsələsi görüşdə məmnunluqla qeyd edilib. Həmçinin, diplomatik və xidməti pasporta malik olan şəxslərin vizalardan azad olunması haqqında Sazişin imzalanması istiqamətində səylərin artırılmasının vacibliyi bildirilib.

Motome Takisava ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət verdiyini vurğulayıb və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın Yaponiyaya verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi