Yaponiya səfirliyi: İndiyə qədər Beyləqandakı kimi 5 layihə həyata keçirmişik

Yaponiya səfirliyi: İndiyə qədər Beyləqandakı kimi 5 layihə həyata keçirmişik “Sanitar qovşaq layihələrinin büdcəsi eyni olub”
Xarici siyasət
6 May , 2016 16:56
Yaponiya səfirliyi: İndiyə qədər Beyləqandakı kimi 5 layihə həyata keçirmişik

Bakı. 6 may. REPORT.AZ/ Yaponiyanın Azərbaycandakı səfirliyi Beyləqanda sanitar qovşağın istifadəyə verilməsi ilə bağlı KİV-də və sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.

Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Yaponiya səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edərək, bunların arasında məktəbdaxili sanitar təchizatını yaxşılaşdırmaq məqsədilə sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də daxil olmaqla, şagirdlərin təhsilə həvəsi artıracaq psixoloji və təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələri UNİCEF-lə əməkdaşlıq edərək həyata keçirir: "Bu məsələylə bağlı təkcə sanitar qovşağı üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və s. işlər eyni zamanda həyata keçirilir və bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün materialların alınması aparılır. Bundan əlavə, həmin ərazidən işçi qüvvəsi istifadə edilir və bunun iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır. Yaponiya səfirliyi olaraq, bununla bağlı müzakirələrin olduğunu qəbul edir və konstruktiv muzakirələri ürəkdən alqışlayırıq. Bundan sonra da müxtəlif düşüncələrə əsaslanaraq Azərbaycan sosial sahə mühitinin yaxşılaşdırılmasına istiqamətlənib, şəffaflığı qoruyaraq, Azərbaycanı dəstəkləməyi davam etdirmək niyyətindəyik".

Xatırladaq ki, Yaponiya hökumətinin Beyləqan rayonunda həyata keçirdiyi layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi