Yaponiya nüvə silahlarının qadağan edilməsinə dair qətnaməni BMT-yə təqdim edəcək

Yaponiya nüvə silahlarının qadağan edilməsinə dair qətnaməni BMT-yə təqdim edəcək Hiroşima və Naqasakidə keçiriləcək anım mərasimlərində ilk dəfə ABŞ Dövlət Departamentinin nümayəndələri də iştirak edəcəklər
Xarici siyasət
6 Avqust , 2015 07:15
Yaponiya nüvə silahlarının qadağan edilməsinə dair qətnaməni BMT-yə təqdim edəcək

Bakı. 6 avqust. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe nüvə silahlarının qadağan edilməsinə dair yeni qətnaməni BMT-yə təqdim edəcəyini bildirib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu sənəd rəsmi Tokio tərəfindən payız aylarında BMT-nin Baş Assambleyasının gündəliyinə salınacaq.

Abenin sözlərinə görə, Yaponiya höküməti bütün dünya dövlətlərinin nüvə silahından imtina etməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Xatırladaq ki, Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərində bu həftə anım mərasimləri keçiriləcək.

Mərasimlərdə ilk dəfə olaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi də iştirak edəcək.

Bu məqsədlə ABŞ dövlət katibinin silahlara və beynəlxalq təhlükəsizliyə nəzarət məsələləri üzrə müavini Rouz Qetemüller Yaponiyaya yollanıb. O, ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi ilə birlikdə avqustun 6-da Hiroşimada, avqustun 9-da isə Naqasakidə keçiriləcək anım tədbirlərində iştirak edəcək.

Xatırladaq ki, ABŞ-ın 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atdığı nüvə bombaları 244 min insanın ölümünə səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi