Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib Naxçıvan və Yaponiyanın Miyakodzima şəhəri arasında qardaşlaşma haqqında sazişin imzalanması gözlənilir
Xarici siyasət
11 Aprel , 2016 08:53
Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Bakı. 11 aprel. REPORT.AZ/ Yaponiyalı iş adamlarından ibarət nümayəndə heyəti, eləcə də Okinava prefekturasının rəsmi şəxsləri Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, nümayəndə heyətinə iqtisadiyyat sahəsi üzrə yaponiyalı ekspert və Okinava parlamentinin sədri Masaharu Kina rəhbərlik edir.

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvana səfər edəcək. Orada bir neçə rəsmi görüşlər keçirəcək Yaponiya nümayəndə heyəti bu iki region arasında xüsusilə turizm, energetika və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edəcək.

Eyni zamanda Naxçıvan və Yaponiyanın Miyakodzima şəhəri arasında qardaşlaşma haqqında sazişin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi