Xuan Gillermo Kastro Benetti: "Kolumbiya Azərbaycanla mütəlif sahələrdə əməkdaşlığını genişləndirməkdə maraqlıdır"

Xuan Gillermo Kastro Benetti: "Kolumbiya Azərbaycanla mütəlif sahələrdə əməkdaşlığını genişləndirməkdə maraqlıdır" Xələf Xələfov Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi ilə görüşüb
Xarici siyasət
1 Sentyabr , 2016 17:58
Xuan Gillermo Kastro Benetti: Kolumbiya Azərbaycanla mütəlif sahələrdə əməkdaşlığını genişləndirməkdə maraqlıdır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Gillermo Kastro Benettini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olunub.

Görüş zamanı nazir müavini Xələf Xələfov Azərbaycan və Kolumbiya arasında energetika, ticarət, kənd-təsərrüfatı, informasiya texnologiyaları, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd edərək qarşılıqlı təmasların artırılmasının vacibliyini bildirib.

Nazir müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verib, münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu, eləcə də regionun inkişafına maneələr yaratdığını deyərək, münaqişənin həllinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu vurğulayıb. Həmçinin, Xələf Xələfov Kolumbiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Xuan Gillermo Kastro Benetti Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini bildirərək, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi