Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb

Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb Bakıda keçiriləcək biznes foruma təqribən 60 xorvatiyalı iş adamı gələcək
Xarici siyasət
10 Oktyabr , 2016 15:47
Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Xorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviçin Bakıya səfərinin proqramı açıqlanıb.

Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 24-də baş tutacaq.

Azərbaycana ikigünlük rəsmi səfəri zamanı K.Q.Kitaroviçin Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Bundan başqa, Bakıya səfər çərçivəsində biznes-forum keçiriləcək. Bu biznes forumda təqribən 60 xorvatiyalı iş adam iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi