XİN: Somalidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib

XİN: Somalidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib Türkiyə XİN-in məlumatına görə, avtomobilə hücum zamanı Kamaliya İsmayılova öldürülüb
Xarici siyasət
31 Mart , 2016 11:07
XİN: Somalidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib

Bakı. 31 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda avtomobilə hücum zamanı öldürülən Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Türkiyə XİN-in məlumatına əsasən, avtomobilə hücum zamanı Kamaliya İsmayılova öldürülüb.

Hələlik hadisənin digər detalları açıqlanmır.

Xatırladaq ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə hücum edilib. Silahlı hücum nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları qətlə yetirilib. Bir neçə nəfər də yaralanıb.

Son xəbərlər

Orphus sistemi