Bakı. 5 noyabr. REPORT.AZ/ "Rusiya dost Azərbaycanda parlament seçkilərinin uğurla keçirilməsini alqışlayır". "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, MDB müşahidəçiləri, Rusiya Federasiyası Federal Yığıncağı, MSK seçkilərin keçirilməsini yüksək qiymətləndirib, qanun pozuntusu olmadığını vurğulayıb.
"Azərbaycanda parlament seçkiləri hökumət institutları və vətəndaş cəmiyyətinin inkişafı məsələsində yeni mühüm addım oldu", - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.