XİN rəsmisi: "İsrail və Azərbaycan arasında çox sıx əlaqələr var"

XİN rəsmisi: "İsrail və Azərbaycan arasında çox sıx əlaqələr var" İsrailə qaz yataqlarının işlənməsində Azərbaycan təcrübəsi maraqlıdır
Xarici siyasət
23 Sentyabr , 2016 15:16
XİN rəsmisi: İsrail və Azərbaycan arasında çox sıx əlaqələr var

Təl-Əviv. 23 sentyabr. REPORT.AZ/ "Əlaqələrimiz unikaldır. Üç il əvvələ baxsaq, indi siyasi əlaqələrimizin inkişafını görə bilərik."

"Report" xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə rəhbərliyi arasında sıx əlaqələr mövcuddur və ölkələr bir-birini yaxşı başa düşür. 

R.Harpaz həmçinin həm Azərbaycanın, həm də İsrailin çətin regionlarda yerləşdiyini və bunun da qarşılıqlı anlaşma məsələsində vacib element olduğunu bildirib. Eyni zamanda, o, İsrailin ölkənin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər etməsində maraqlı olduğunu qeyd edib.

İqtisadi əlaqələrdən danışan R.Harpaz İsrail iqtisadiyyatının çox güclü olduğunu, bu ölkənin startaplarının dünyada məşhur olduğunu və elə buna görə də bir çox İsrail şirkətlərinin Qafqaz və Avrasiya kimi yeni bazarlar axtarışında olduğunu bildirib.

Eyni zamanda, R.Harpaz energetika sahəsində əməkdaşlıq məsələsinə də toxunub. O, İsrailə qaz yataqlarının işlənməsində Azərbaycan təcrübəsinin maraqlı olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi