XİN rəhbəri: "Ermənistanın Azərbaycan torpaqlarının işğalı bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir"

XİN rəhbəri: "Ermənistanın Azərbaycan torpaqlarının işğalı bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir" Elmar Məmmədyarov rəsmi Bakının Avrasiya İqtisadi Birliyinə daxil olması ehtimalını şərh edib
Xarici siyasət
26 May , 2015 12:03
XİN rəhbəri: Ermənistanın Azərbaycan torpaqlarının işğalı bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması ehtimalını şərh edib. "Report" Rusiyanın "Rossiya-24" telekanalına istinadən xəbər verir ki, nazir Azərbaycanın hazırkı rəhbərliyinin milli maraqlara uyğun fəaliyyət göstərdiyini qeyd edib. 

"AİB-də gömrük ittifaqı əsas istiqamətlərdən birini təşkil edir, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı isə bu ölkə ilə vahid gömrük ittifaqı çərçivəsində olmağa imkan vermir. Əgər Ermənistan öz qoşunlarını çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər yaranarsa, onda sabah nə baş verəcəyini heç kim deyə bilməz?!", - E.Məmmədyarov deyib.

Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hələ öz həllini tapmamasına baxmayaraq, o, tərəflərin ümumi təmas nöqtələrini tapacağına ümid edir: "Mən nikbinliklə düşünürəm ki, bunun uzun bir proses olduğuna görə, biz hər şeyi bir dəfəyə həll edə bilməsək də, tədricən, mərhələli şəkildə  münaqişənin həlli yollarını qarşılıqlı etimad əsasında tapmaq üçün ortaq məxrəcə gələ biləcəyik".

Azərbaycan və Rusiya münasibətlərindən danışan E.Məmmədyarov qeyd edib ki, bu münasibətlər çox yüksək səviyyədədir və həm siyasi, həm də iqtisadi, eləcə də humanitar sahələri əhatə edir.  

Son xəbərlər

Orphus sistemi