XİN kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

XİN kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib Sabah diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır
Xarici siyasət
8 İyul , 2016 12:23
XİN kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Bakı. 8 iyul. REPORT.AZ/ 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb. 

XİN əməkdaşları sonra Şəhidlər Xiyabanı ziyarət edərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi