​XİN Kazandakı yanğında Azərbaycan vətəndaşının ölümü ilə bağlı açıqlama yayıb

​XİN Kazandakı yanğında Azərbaycan vətəndaşının ölümü ilə bağlı açıqlama yayıb Azərbaycanın Rusiyadakı səfirliyi araşdırmaya başlayıb
Xarici siyasət
13 Mart , 2015 11:29
​XİN Kazandakı yanğında Azərbaycan vətəndaşının ölümü ilə bağlı açıqlama yayıb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfirliyi Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olmasını Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfirlik araşdırmaya XİN-in təlimatı əsasında başlayıb.

Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katibi Andrey Rodiginin Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə verdiyi məlumata görə, hazırkı vaxtda bir nəfər Azərbaycan vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub.

“Əlavə məlumat daxil olan kütləvi informasiya vasitələrinə məlumat veriləcək” - açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi