XİN: Qaçırılmış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: Qaçırılmış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur "Azərbaycan səfirliyi bu məsələni nəzarətdə saxlayır"
Xarici siyasət
29 Mart , 2016 11:16
XİN: Qaçırılmış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur

Bakı. 29 mart. REPORT.AZ/ "İlkin məlumatlara görə, "EgyptAir" aviaşirkətinin qaçırılmış təyyarəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın Qahirədəki səfirliyi Misirin müvafiq orqanları ilə əlaqə saxlayıb. Onlara reysin ölkədaxili olduğu, ilkin məlumata görə sərnişinlər arasında Azərbaycan vətəndaşının olmaması barədə məlumat verilib.

"Amma Azərbaycan səfirliyi bu məsələni nəzarətdə saxlayır", - XİN-in mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi bu gün İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirərkən qaçırılıb. Təyyarə Kiprdə Larnaka hava limanında yerə enib.

Son xəbərlər

Orphus sistemi