XİN İdarəsi rəisi: "NATO və Azərbaycan arasında müntəzəm siyasi dialoq qurulub"

XİN İdarəsi rəisi: "NATO və Azərbaycan arasında müntəzəm siyasi dialoq qurulub" "NATO Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir"
Xarici siyasət
27 İyun , 2016 11:04
XİN İdarəsi rəisi: NATO və Azərbaycan arasında müntəzəm siyasi dialoq qurulub

Bakı. 27 iyun. REPORT.AZ/ "NATO və Azərbaycan arasında müntəzəm siyasi dialoq qurulub".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov NATO-nun Azərbaycandakı Beynəlxalq məktəbin (NİSA) Yay Sessiyasının açılış mərasimində bildirib. 

"Azərbaycan NATO-nu təhlükəsizliyin qorunması üzrə vacin qurum hesab edir", - Q.Məmmədov deyib. O, sessiya iştirakçılarına Azərbaycanın NATO ilə əməkdaşlığı haqqında danışıb və vurğulayıb ki, Azərbaycan Alyansın Əfqanıstandakı sülhməramlı missiyasının bir hissəsidir. 

XİN idarəsinin rəisi qeyd edib ki, Azərbaycan tərəfi Alyansla hazırkı əməkdaşlıq səviyyəsindən razıdır. O bildirib ki, NATO Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edir.

NATO-nun Varşava Sammiti və Alyansın regional çağırışlara münasibətdə roluna həsr olunan NİSA-nın hazırkı sessiyası iyulun 1-də başa çatacaq. Sessiyada dünyanın 17 ölkəsindən 40 nümayəndə iştirak edir. 

Son xəbərlər

Orphus sistemi