XİN: Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı əlavə dəqiqləşdirici məlumat toplanır və zəruri tədbirlər görülür

XİN: Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı əlavə dəqiqləşdirici məlumat toplanır və zəruri tədbirlər görülür Hikmət Hacıyev: "Xarici İşlər Nazirliyi Əfqanıstan tərəfi ilə təmasdadır"
Xarici siyasət
19 May , 2016 12:36
XİN: Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı əlavə dəqiqləşdirici məlumat toplanır və zəruri tədbirlər görülür

Bakı. 19 may. REPORT.AZ/ "“SilkWay” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, “SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunan Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır: "Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür".

Son xəbərlər

Orphus sistemi